Bayram günlərini daha əyləncəli keçirmək üçün film izləmək əla fürsətdir Bayram günlərini daha əyləncəli keçirmək üçün film izləmək əla fürsətdir

Yeni ildə ən çox izlənilən filmlər - SİYAHI

Bayram günlərini daha əyləncəli keçirmək üçün film izləmək əla fürsətdir

Yeni il tətilini maraqlı keçirmək üçün film izləmək əla fürsətdir.

AzNews.az sizə bayram abu-havalı filmlərin siyahısını hazırlayıb:

1. “Möhtəşəm həyat” / “It’s a Wonderful Life” (1946)

Tək “Yeni il” siyahısının deyil, həmçinin tarixinin ən yaxşı filmlərindən birini yaratmağı Frenk Kapra bacarıb. Baş rollarda Ceyms Stevart və Donna Ridin çəkildiyi filmdə ard-arda baş verən xoşagəlməz hadisələrə görə depresiyaya düşən və ölümü düşünən iş adamının bir qadının köməyi ilə həyatın anlamını yenidən kəşf etməyi göstərilir.

2. “Sevincli həyat” (2009)

İlhamını “Möhtəşəm həyat” filmindən alan rejissor Yılmaz Erdoğanın filmi ailəsini saxlamaq üçün bir alış-veriş mərkəzində Şaxta baba libası geyinmək məcburiyyətində qalan bir adamın hekayəsidir.

3. “Qrinç” / “Dr. Seuss' how the Grinch stole Christmas” (2000)

Ron Hovardın rejissorluğu altında çəkilən filmdə hadisələr Vovil adlı kiçik bir qəsəbədə baş verir. Qəsəbə əhalisinin tək dərdi digər insanlara hədiyyə almaqdır. Bu qəsəbəyə Krampit dağının təpəsindən baxan Qrinç isə Yeni ilə nifrət edir və tək istəyi sakinləri Yeni ili gözlədiklərinə görə peşman etməkdir. Qrinç Cim Kerrinin möhtəşəm performansı ilə unudulmazlar sırasındadır.

4. “Bir Yeni il nağılı”/ “Un conte de Noël” (2008)

Bildiyimiz kimi, Yeni il bir az da ailə deməkdir. Bəzən ailə bir araya gəldikdə işlər yolunda getməyə bilər. Fransız rejissor Arno Despleş filmində Vuillard ailəsinin Yeni il axşamı bir araya gəlişini göstərir. Amma ailə böyük, film isə fransız ruhlu olunca, keçmişin yaralarının qanamağa başlamağı qaçılmazdır. Ortaya isə təsirli bir dram çıxır.

5. “Evdə tək”/ “Home Alone” (1990)

Gəlin etiraf edək ki, bu, hamımızın dəfələrlə izlədiyimiz filmdir.

Bu əyləncəli ekran əsəri Makaley Kalkinin canlandırdığı Kelvinin ailəsinin Yeni il tətili üçün Fransaya gedərkən onu unutması ilə başlayır.

6. “Yeni il soyğunu” \“Bad Santa“(2003)

Rejissor Terri Zviqof tərəfindən ərsəyə gətirilən bu filmdə oğurluq etmək üçün Şaxta baba libası geyinən iki şəxsin hekayəsindən bəhs edilir.

Səidə Vahid

AzNews.az