"Milli Aeronavtika və Kosmos İdarəsi" (NASA) 1958-ci ildə təsis edilmiş və indiyə qədər xidmətdədir. "Milli Aeronavtika və Kosmos İdarəsi" (NASA) 1958-ci ildə təsis edilmiş və indiyə qədər xidmətdədir.

17 yaşlı gənc NASA-da işə başladı - 3 günə yeni bir planet kəşf etdi

"Milli Aeronavtika və Kosmos İdarəsi" (NASA) 1958-ci ildə təsis edilmiş və indiyə qədər xidmətdədir.

NASA-da bu günə qədər bir çox kəşflər edilib. Ancaq NASA-da kəşflər etmək üçün aylar və hətta illər lazım gəlir. Artıq bu prosesin zamanını yetəri qədər azaldan biri var . 17 yaşlı Volf Kukier NASA-da təcrübəsinin üçüncü günündə yeni bir planet kəşf edib.

17 yaşlı Volf Kukier orta məktəbin sonuncu ilinə keçməmişdən əvvəl yay tətilində NASA-nın “Goddard” kosmik uçuş mərkəzində təcrübəyə başlayıb.

Kukierin vəzifəsi NASA-nın kəşflər proqramı çərçivəsində TESS kosmik teleskopu vasitəsilə məlumat toplamaq idi.

Lakin Kukierin təcrübəsinin üçüncü günündə gözlənilməz bir hadisə baş verib. O, məlumat toplayarkən iki ulduzu görüb.

Sonradan bunun iki ulduzlu bir sistem olduğunu başa düşüb və sistemin içərisində planeti görüb.

Kukier tərəfindən kəşf edilmiş planet Yerdən 6.9 qat böyüklüyündədir. Onun kəşf etdiyi planetə 1338 b TOI adı verilib.

1338 b TOI planeti dünyadan 1300 işıq ili uzaqlığındadır. NASA-nın hesablamalarına görə, planet ən azı 10 milyon ildir sabit bir orbitdədir.

Kəşfdən sonra Amerika mətbuatına açıqlama verən Volf Kukier, astrofizik olmaq istədiyini söyləyib: "Çox yaxşı idi, heç nə tapacağımı gözləmirdim. Əvvəlcə ulduz tutulması olduğunu düşündüm, amma zamanlama səhv idi. Sonradan bir planet olduğu ortaya çıxdı. Ümid edirəm ki, bu cür uğurlara tez-tez imza atacam. Ən böyük arzum da astrofizik olmaqdır ". (musavat.com)

AzNews.az