Simmons ve Makferson 2019-cu ildə azadlığa buraxılıblar Simmons ve Makferson 2019-cu ildə azadlığa buraxılıblar

ABŞ-da 24 il həbsxanada qalan qardaşlara 4 milyon dollar veriləcək

Simmons ve Makferson 2019-cu ildə azadlığa buraxılıblar

Amerika Birləşmiş Ştatlarında səhvən 24 il həbsdə qalan iki qardaşa 3.8 milyon dollar təzminat veriləcək.

AzNews.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Merilend ştatının Dövlət İşləri üzrə Komitəsi Erik Simmons və Kennet Makfersona 2025-ci ilə qədər hər birinə 1,9 milyon dollar ödənməsi barədə qərar qəbul edib.

Simmons və Makferson qardaşları 1995-ci ildə Şərqi Baltimorda Antoni Vudeni qətlə yetirməkdə təqsirləndirilərək ömürlük həbs cəzasına məhkum edilib.

“İnnocence Project” adlı qeyri-kommersiya təşkilatı Vudenin öldürüldüyü saatda başqa yerdə olduqlarını sübut edən qardaşların sərbəst buraxılması üçün mübarizə aparıb.

Təşkilat polisin bölgədəki bir qadını kirayəsini ödəmək müqabilində qardaşlara qarşı ifadə verməsi üçün yönləndirdiyini iddia edib.

Simmons ve Makferson 2019-cu ildə azadlığa buraxılıblar.

Erik Simmons “Washington Post”a verdiyi açıqlamada həbsxanada keçirdikləri müddətdə anasını itirdiklərini, təzminat üçün minnətdar olduqlarını, amma bunun dəmir barmaqlıqlar arasında keçən zamanı geri gətirməyəcəyini bildirib.

Pərvanə