Azərbaycanda domen adlarının milli inzibatçısı müəyyən edildi

Milli Məclisdə

Milli Məclisin bu gün keçirilən iclasında "Telekommunikasiya haqqında" qanunda dəyişiklik edilməsi barədə məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Məlumata görə, qanuna iki yeni maddənin əlavə edilməsi təklif olunur.

Təklifə əsasən, qanuna aşağıdakı məzmunda 1.0.20-ci maddə əlavə edilir: "1.0.20. domen adlarının milli inzibatçısı - "az" ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs.".

Bundan əlavə qanuna aşağıdakı məzmunda 7.10-1 -ci maddə əlavə edilir: "7.10-1. "az" ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adlarının milli inzibatçısı tərəfindən müəyyən edilir.".

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib. (Trend)

AzNews.az