Rəssam əsəri 26 yaşında çəkib Rəssam əsəri 26 yaşında çəkib

Avtoportret rekord məbləğə satıldı

Rəssam əsəri 26 yaşında çəkib

Rembrandtın 1632-ci ildə çəkdiyi Harmen van Reyn rəsmi Londonda rekord 14.5 milyon funta (18.7 milyon dollar) satılıb.

Sotheby’s hərrac evininin yaydığı məlumata görə, ilkin olaraq rəsmə 12-16 milyon funt (15-20 milyon dollar) qiymət qoyulub.

Rəssam əsərini 26 yaşında olarkən çəkib. Bu, Rembrandtın özünü rəsmi geyimdə - ağ yaxalıq və qara şlyapada təsvir etdiyi iki rəsmdən biridir. Sənətkarın əvvəlki rekord qıran digər avtoportreti 6.9 milyon funt sterlinqə satılıb. (Trend)

AzNews.az