Kanada alimləri bu qənaətdədirlər Kanada alimləri bu qənaətdədirlər

Ev işi ilə məşğul olmaq yaddaşı yaxşılaşdırır, demensiyanın qarşısını alır!

Kanada alimləri bu qənaətdədirlər

Kanada elm adamları ev işlərinin yaddaşı gücləndirərək demensiyanın qarşısını aldığı iddiasını irəli sürüblər. Onlar ev işləri ilə daha çox məşğul olan 65-85 yaşlı 66 nəfər yetkin şəxs arasında tədqiqat aparıblar.

Aznews.az xarici mediaya istinadən xəbər verir ki, nəticədə onların beyin ölçülərinin daha böyük olduğu müəyyən edilib ki, bu da idrak sağlamlığının göstəricisi hesab olunur. Beyin ölçülərindəki böyüklük, yaddaşda və öyrənmədə mühüm rol oynayan hipokampusta və idrakın bir çox aspektində iştirak edən ön hissədə müşahidə edilib.

Tədqiqatdan aydın olub ki, evdə toz almaq, yemək hazırlamaq, evi yığışdırmaq, bağçada işləmək beyin məşqi olaraq bir çox xəstəlikləri önləyir.

Qeyd edək ki, demensiya yaddaş və oxşar zehni qabiliyyətlərin zəifləməsinə verilən ümumi bir addır.

Alimlərə görə, əyləncə məqsədli fiziki aktivliyin demensiyanı önlədiyi və beyin sağlamlığına müsbət təsir göstərdiyinə dair bir çox dəlil var. Gündəlik təmizlik işlərinin isə faydası elmə daha az məlum idi.

Eyni zamanda ev işləri yaşlı insanları daha çox aktiv olmağa sövq edir ki, bu da onların sağlamlığı üçün faydalıdır.

"Elm adamları fiziki aktivliyin, məşqlərin beyinə müsbət təsir etdiyini onsuz da bilirlər, amma araşdırmamız eyni şeyin ev işlərinə də aid olduğunu göstərən ilk işdir" deyə Torontonun Baycrest şəhərindəki "Rotman Araşdırma İnstitutu"nun əməkdaşı bildirib.

Aznews.az