Gündə 2 saatdan artıq sosial şəbəkələrdə olmamağa çalışın! Gündə 2 saatdan artıq sosial şəbəkələrdə olmamağa çalışın!

“TikTok” beyin hüceyrələrini tükədir - Həkimdən XƏBƏRDARLIQ

Gündə 2 saatdan artıq sosial şəbəkələrdə olmamağa çalışın!

Gənclərin hər gün asılıb qaldığı TikTok, Teleqram və İnstraqram sosial şəbəkələri, səs-küylü videolar, eləcə də çox sayda filmlər beynin tükənməsinə səbəb olacaq. Bu isə gələcəkdə indiki nəsildə çox ciddi beyin problemləri yarada bilər.

Aznews.az xəbər verir ki, rusiyalı həkim terapevt Oleq Abakumov gənclərdə TikTok səbəbindən beyin funksiyalarında problem yaşadıqlarını bildirib:

“Gün ərzində 4 saatdan çox xəbərlər, kliplər, filmlərə baxmaq, sosial şəbəkələrdə olmaq beynin vəziyyətinə çox mənfi təsir edir.

Qısa, lazımlı-lazımsız informasiyalarla dolu olan TikTok-da beyinə lazım olmayan informasiya çoxdur. Bu da onun tükənməsinə səbəb olur. Hüceyrələr bu qədər informasiya axını ilə yüklənməyə hesablanmayıb. Təsəvvür edin, 1 aylıq informasiyanı siz 3 sutkada beyinə ötürürsüz. Bu yorğunluq, tükənmə güclü idman məşqləri və yarışlarından sonra əzələlərin yorulmasına bərabərdir.

İllər sonra beyii normal fəaliyyətə bərpa etmək çətin olacaq.

Hər kəs TikTok-a baxma müddətini azaltmalıdır. Gündə 2 saatdan artıq sosial şəbəkələrdə olmamağa çalışın”./Bakupost.az