Nyu York administrasiyası "Meta", "TikTok", "Snap" və "Google"-a qarşı iddia qaldırıb

ABŞ-nin Nyu-York şəhər hökumətini təmsil edən bir çox təşkilat, o cümlədən Nyu-York əyalətinin meri Erik Adams "Meta", "TikTok", "Snap" və "Google" sosial media platformalarının gənclərin psixi sağlamlığına mənfi təsir göstərdiyini əsas gətirərək məhkəməyə verib.

"The Verge" xəbər verir ki, Nyu-York qurumları və səlahiyyətliləri bu platformaları ictimai narahatlıq yaratmaqda və gənclərin psixi sağlamlığına mənfi təsir göstərməkdə ittiham edirlər.

İddia ilə yanaşı, Adams, bu platformaların uşaqların psixi sağlamlığına vurduğu zərərə görə məsuliyyət daşıyacaq, ailələri sosial mediadan təhlükəsiz istifadə etmək üçün maarifləndirəcək və sosial medianın gənclərə təsirini araşdıracaq bir "sosial media fəaliyyət planı" paylaşıb.

Mövsüm

Aznews.az