Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb.

Tural Gəncəliyev Türkiyə səfiri ilə görüşdü

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb.

Bunu icma rəhbəri sosial şəbəkədəki hesabında yazıb.

O qeyd edib ki, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzləşdiyi problemlər haqqında Türkiyəli səfirə ətraflı məlumat verib.

Görüş zamanı icmanın gələcək fəaliyyəti və keçiriləcək tədbirlər haqqında fikir mübadiləsi aparılıb. T.Gəncəliyev Dağlıq Qarabağ münaqişəsində tutduğu prinsipial mövqe və göstərdiyi dəstəyə görə səfir E.Özoralın qismində Türkiyəyə dərin təşəkkürünü bildirib.(report.az)

© AzNews.az