10 nəfər Mehridəki tibb mərkəzinə çatdırılıb 10 nəfər Mehridəki tibb mərkəzinə çatdırılıb

Ermənistanda hərbçiləri daşıyan yük maşını qəzaya uğradı - Çox sayda yaralı var

10 nəfər Mehridəki tibb mərkəzinə çatdırılıb

Ermənistanın Sünik vilayətində ZİL markalı hərbi yük maşını qəzaya uğrayıb. Nəticədə, on nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

“shamshyan.com” nəşrinə istinadən xəbər verilir ki, naməlum şəraitdə Mehridən Naxçıvan sərhədinə gedən yolda üzərində Ermənistan Müdafiə Nazirliyinin nömrə nişanları olan ZİL avtomobili yoldan kənara çıxıb və aşıb. Əsasən sınıq xəsarətləri almış 10 nəfər Mehridəki tibb mərkəzinə çatdırılıb.

Hadisə yerində hərbi polis işləyir, yaralıların və sürücünün şəxsiyyəti müəyyənləşdirilir. (Virtualaz.org)