İşğalçı ölkə “Rus NATO-su”nda ikinci sort ölkəyə çevrilir İşğalçı ölkə “Rus NATO-su”nda ikinci sort ölkəyə çevrilir

Ermənistana “tərs şillə” - Ankara və Bakı İrəvanı tələyə salır

İşğalçı ölkə “Rus NATO-su”nda ikinci sort ölkəyə çevrilir

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - “Rus NATO-su”) yanında müşahidəçi statusu və təşkilatda təmsil olunan ölkələrin səlahiyyətlərinin dəqiqləşməsi haqda qanun layihəsini təsdiqlənmək üçün Dövlət Dumasına təqdim edib. Bu layihə ötən ilin noyabrında Astanada (indiki Nur-Sultan) KTMT sammitində qəbul edilib və şübhə yox ki, ən çox qurumun işinə pəl vurmağa çalışan Ermənistanın yeni rəhbərliyini qane etməyəcək. Söhbət təkcə bundan da getmir.

Artıq Paşinyan və komandasının rəsmi ruporu olan “Jamanak” qəzeti narahatlıq ifadə edən məqalə ilə çıxış edib. Qəzetin yazdığına görə, layihə və onlara əlavə edilmiş protokollar üzv ölkələrin parlamentlərində qəbul olunsa, - buna şübhə yoxdur, - o halda Ermənistan təşkilatda Rusiya ilə eyni səviyyədə müstəqil söz sahibi hüququnu itirmiş olacaq. Faktiki, o, “ikinci sort” ölkəyə çevriləcək.

“Bundan əlavə, İrəvan eyni zamanda həddən artıq narahatdır ki, Azərbaycan və Türkiyə təşkilatda daimi tərəfdaş və müşahidəçi statusu qazanar. Qəribədir ki, Astanada bu layihələrə razılıq verməklə, İrəvan Bakı və Ankaranın təşkilata üzv olmasının yolunu açmış olub. Görəsən, rəsmi İrəvan keçən ilin 8 noyabrında bu dəyişikliklərin Ermənistan əleyhinə işləməyəcəyi haqda zəmanət alıbmı? Ermənistana qarşı yeni qəsd planı hazırlanmır ki? Aydındır ki, KTMT ilə bağlı qanunverici düzəlişlər təşəbbüsü Moskvadan gəlir. Odur ki, yenə sual ortaya çıxır: bu dəyişikliklərin ”şiş ucu" Ermənistandakı inqilaba tuşlanmayıb ki və daha qlobal məqsəd güdmür ki?", - deyə nəşr sonda sual edib.

*****

Xatırladaq ki, “Rus NATO-su” ilə bağlı son dəyişikliklər layihəsi Ermənistanın baş naziri Nikol Paşinyanın qurumun erməni əsilli baş katibi, general Yuri Xaçaturova qarşı rəsmi Moskvadan xəbərsiz cinayət işi açması və onu həbs eləməsindən az sonraya təsadüf edib. Bununla Kreml İrəvanın hərəkərlərinə qarşı hiddətini göstərməklə yanaşı, heç şübhəsiz, satellit və vassal ölkə kimi ona öz yerini göstərməyə çalışır.

Azərbaycana və Türkiyəyə gəlincə, bəzi siyasi şərhçilərə görə, Moskva bu dəyişikliklərə məhz elə Bakı və Ankaranın regiondakı önəmini nəzərə alaraq, özünə daha yaxın eləmək üçün edib. Hərçənd iki qardaş ölkənin təşkilatda daimi müşahidəçi və təmsilçilik statusu hələ tamhüquqlu üzvlük demək deyil. Bakının üzvlük üçün konkret Qarabağ şərti var və bunu Moskvada da yaxşı bilirlər.

KTMT- ile ilgili görsel sonucu

O da var ki, yeni status Azərbaycana Rusiyadan daha ucuz qiymətə hərbi texnika və silah-sursat almaq imkanı yaradacaq. Ermənistanı narahat edən həm də budur. Bundan əlavə, Azərbaycan KTMT-nin tədbirlərində iştirak və qurumun təlimlərini izləmək hüququ da qazanacaq ki, bu da Bakıya işğalçı Ermənistanın ölkəmizə qarşı hərbi xarakterli niyyətlərini daha yaxşı izləmək, düşmənin Qarabağla bağlı planlarından vaxtında xəbər tutmaq və onun KTMT-də Azərbaycan əleyhinə birtərəfli qaydada təbliğat aparmasına əngəl yaratmaq imkanı qazandıra bilər.

*****

Bu arada Moskva Bakıya İrəvanı rahatsız və pərt edən daha bir addım atıb. Belə ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov ölkəmizə səfərə gəlib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Gerasimov Bakıda olduğu müddətdə NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri Tod Uolterslə görüşəcək. Bununla yanaşı, o, Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırır.

General Uolters NATO-nun Avropadakı Birləşmiş silahlı Qüvvələrinin komandanı vəzifəsini bu ilin may ayında amerikalı general Kertis Skaparrottidən təhvil alıb. Mayın sonlarında Uolters bəyan edib ki, general Gerasimovla təmasları davam etdirəcək. “Əvvəllər mövcud olan praktika davam etdiriləcək” - o deyib.

Valeri Gerasimov ölkəmizə səfərə ile ilgili görsel sonucu

Xatırladaq ki, ötən ilin dekabrında Valeri Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Bakıda görüşmüşdü. Ondan əvvəl isə daha iki belə görüş reallaşmışdı. Necə deyərlər, “Görüş yerini dəyişmək olmaz!..”

Budəfəki görüş də sözsüz ki, Rusiya və NATO tərəfindən Azərbaycanın regiondakı yeri və roluna verilən önəmin, eyni zamanda, Azərbaycana olan etimadın göstəricisidir ki, bu da İrəvanda güclü qısqanclıqla yanaşı, güclü qıcıq yaratmaya bilməz. Buna Moskvanın “tərs şilləsi” də demək olar.... (Musavat.com)