Koronavirusdan ölən qadının meyiti yoxa çıxdı

Axtarış davam edir

Ermənistanda koronavirusdan ölən yaşlı qadının meyiti yoxa çıxıb.

Bu barədə Çiçəklənən Ermənistan Partiyasından deputat Naira Zöhrabyan bildirib.

Onun sözlərinə görə, qadının meyiti 2 gündür tapılmır. O, yaşlı koronavirus xəstəsinin öldüyü və meyiti Aovyan şəhər morqundan götürmək üçün ailə üzvlərinə məlumat verildiyini bildirib. Ancaq ailə üzvləri meyiti götürməyə gedəndə sanitar deyib ki, üstündəki yazını oxuya bilmədiyi üçün meyiti başqasına verib.

Hadisədən 3 gün keçməsinə baxmayaraq meyit hələ də tapılmayıb.

Ermənistan Səhiyyə Nazirliyinin Mətuat katibi Alina Nikoqosyan “Facebook” səhifəsində hadisədən xəbərdar olduqlarını polisin də məlumatlandırıldığını, axtarışın davam etdiyini yazıb. (Report)

AzNews.az