- Qayıdış
- 30 Sentyabr 2020 13:45
- 3 358
Müdafiə Nazirliyi: Alayın komanda məntəqəsinə atəş zərbəsi endirilib

Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir
Alayın komanda məntəqəsinə atəş zərbəsi endirilib.
Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib.
Qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir.