Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev brifinqdə deyib Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev brifinqdə deyib

“Müvəqqəti atəşkəsdən sonra da Ermənistan atəşə davam edir”

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev brifinqdə deyib

"Son bir il ərzində baş verən proseslər onu göstərdi ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində maraqlı deyil".

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev brifinqdə deyib.

O bildirib ki, Ermənistanın Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüzü hələ də davam edir:"Müvəqqəti atəşkəsdən sonra bu gün də Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı atəşə tutması davam edir. Azərbaycan silahlı qüvvələri də özünü müdafiə üçün bu cür təxribatlara cavab vermək məcburiyyətindədir. Son bir il ərzində baş verən proseslər onu göstərdi ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində maraqlı deyil. Onlar Azərbaycan torpaqlarını ilhaq etməkdə maraqlıdırlar".