"Onlar dağlardakı kamplarda formalaşırlar” "Onlar dağlardakı kamplarda formalaşırlar”

“Erməni tərəfindən vuruşanlarda Kanada və Livan pasportları var”

"Onlar dağlardakı kamplarda formalaşırlar”

“Bu gün erməni tərəfindən vuruşan və öldürülən şəxslərin üzərində Kanada və Livan pasportları da var”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber” kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, həmin şəxslər arasında şübhəlilər də var: “Bu döyüşlərdən əvvəl də Ermənistan tərəfində PKK üzvlərinin döyüşməsi barədə məlumat var idi. Onlar dağlardakı kamplarda formalaşırlar”.

Prezident əlavə edib ki, əgər Ermənistan bizə qarşı “Toçka-U”, “İsgəndər”, “Skat” və ya digər raketlərdən istifadə edəcəksə, onlar bizim üçün legitim hədəf olacaqlar: “Bunu hər kəs bilsin”.