Su-25 təyyarəsinin qiyməti təxminən 11 milyon dollardır Su-25 təyyarəsinin qiyməti təxminən 11 milyon dollardır

Cəmi bir neçə saata düşmənə milyonlarla zərbə vurduq

Su-25 təyyarəsinin qiyməti təxminən 11 milyon dollardır

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan ordusu düşmənin S-300 zenit-raket kompleksini, S-125 zenit-raket kompleksini, Su-25 təyyarəsini məhv edib.

AzNews.az xəbər verir ki, iqtisadçı Qubad İbadoğlu düşmənin sıradan çıxarılan hərbi texnikasının qiymətini açıqlayıb. O bildirib ki, zenit raket kompleksi S-125 aşağıdan uçan pilotlu və ya pilotsuz aparatların 20 – 18 000 m hündürlükdə və 3,5 – 25 km uzaqlıqda vurulması üçün nəzərdə tutulub. Rusiya istehsalıdır, təxmini qiyməti 45 milyon rubldur (1 milyon manatdır).

Su-25 təyyarəsinin qiyməti isə təxminən 11 milyon dollardır (18,7 milyon manatdır).

Beləliklə, Ermənistanın yalnız bir neçə saat ərzində milyonlarla manat dəyəri olan hərbi texnikaları sıradan çıxarılıb.

Qeyd edək ki, S-300 zenit-raket kompleksinin qiyməti 115 milyon dollardır.