Məlumatı Müdafiə Nazirliyi yayıb Məlumatı Müdafiə Nazirliyi yayıb

Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

Məlumatı Müdafiə Nazirliyi yayıb

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir.

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, hazırda Ermənistanın Berd və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz və Daşkəsən rayonları əraziləri düşmən tərəfindən atəşə tutulur.

Eyni zamanda Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələrimiz, habelə Azərbaycan Ordusu bölmələrinin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.