- Qayıdış
- 1 Dekabr 2020 20:32
- 4 295
Sülhməramlılar üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi davam edir

Dekabrın 1-də Rusiya sülhməramlılarının maddi-texniki təminatı üçün gətirilən vasitələr müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün maddi-texniki təminat vasitələrinin ölkəmizə gətirilməsi prosesi davam edir.
Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, dekabrın 1-də Rusiya sülhməramlılarının maddi-texniki təminatı üçün gətirilən vasitələr müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.