Bu “son akkord”dur Bu “son akkord”dur

Köçaryandan etiraf: “Ermənistan Qarabağın statusunu unutmalı olacaq”

Bu “son akkord”dur

“İrəvanın Bakını Qarabağın status məsələsini müzakirə etməyə razı salması mümkün deyil. Bunu Ermənistan daha əvvəl etməli idi”.

AzNews.az xəbər verir ki, bunu Dağlıq Qarabağ münaqişəsinin təşəbbüskarlarından biri, Ermənistanın keçmiş prezidenti Robert Köçaryan “Yerevan.today”yə verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması Dağlıq Qarabağ nizamlanmasının bütün variantlarını aradan qaldırır. Bu “son akkord”dur. Çünki Azərbaycan öz ərazilərini əks-hücum əməliyyatı zamanı hərbi yolla geri qaytardı. Ona görə də Azərbaycanı Qarabağın statusu məsələsini müzakirə etməyə məcbur edəcək bir şeyimiz yoxdur. Yəni Bakı artıq bu məsələnin həll olunduğunu düşünür”.