- Münaqişə ocağı
- 6 Fevral 2021 19:46
- 3 156
"Cəbrayılda olanlar insanlıqdan kənar hərəkətdir" - Əfqanıstan səfiri

İnsanların məzarlarını qazıblar, sümüklərini çıxarıblar
“Cəbrayılda gördüyümüz mənzərə çox üzücü və dəhşətlidir”.
AzNews.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə Xudafərin körpüsünü ziyarət zamanı deyib.
“Cəbrayıla səfərimiz zamanı gördük ki, insanların məzarlarını qazıblar, sümüklərini çıxarıblar. Bu, insanlıqdan kənar hərəkətdir”,- səfir bildirib.