Ona 90-cı illərdə itkin düşən azərbaycanlıların taleyi ilə bağlı da suallar verilib Ona 90-cı illərdə itkin düşən azərbaycanlıların taleyi ilə bağlı da suallar verilib

Araik Arutyunyan Bakıdan getmiş istintaq qrupu tərəfindən dindirilib- YENİ DETALLAR

Ona 90-cı illərdə itkin düşən azərbaycanlıların taleyi ilə bağlı da suallar verilib

Ermənistan mediası məlumat yayıb ki, guya Azərbaycan məmurları özünü "Qarabağın prezidenti" adlandıran cani Araik Arutyunyanla görüşüblər. "Sputnik Armenia" saytı isə bu təxribatçı xəbərə xüsusi don geyindirib və "detallar" adı ilə primitiv saxtakarlıq edib.

Musavat.com müstəqil mənbələrdən bu barədə maraqlı, həm də gerçək detallar əldə edib. Məlum olub ki, əslində söhbət görüşdən yox, Azərbaycan tərəfinin tələbi ilə Araik Arutyunyandan cinayət faktı üzrə ifadə almaqdan gedir.

Erməni mənbələrinin yaydıqları xəbərdə də vurğulanır: mövzu 90-cı illərdə, Birinci Qarabağ müharibəsində itkin düşmüş mülki şəxslərin talelərindən gedir. Erməni mediasının "görüş" dediyi prosedurda da söhbətin ancaq bu barədə getdiyi etiraf edilir.

Sitat: "Söhbət 90-cı illərdəki hərbi əməliyyatlar zamanı taleyi bilinməyən mülki vətəndaşlardan gedirdi. Müzakirələrin təfərrüatlarının hələ açıqlanmayacağı bildirildi..."(Sputnik Armenia)

Məsələ bundadır ki, Azərbaycan əlində olan erməni terrorçularının (rəsmi rəqəmlərə görə 62; amma 140 nəfər iddiası da vardır) geri verilməsi üçün Ermənistan qarşısında şərtlər qoyub. Bu şərtlərdən biri də budur ki, 1-ci Qarabağ müharibəsi dövründə itkin düşmüş, əsir götürülmüş minlərlə mülki azərbaycanlının (4000 civarında) taleyi haqqında məlumat verilsin, onları qətlə yetiriblərsə, kütləvi dəfn olunduqları ərazilərin xəritələri verilsin. Musavat.com -a çatan məlumata görə, Ermənistan Azərbaycanın bu qəti tələbini qəbul edib. Bununla bağlı Azərbaycanın nəzarəti ilə istintaq hərəkətləri başladılıb. Üstəlik də, bu prosesə Ermənistan xüsisi xidmət orqanının yeni rəhbəri Armen Abazyan özü başçılıq edir. Onun, Rusiya sülhməramlılarının rəhbəri R. Muradovun və Azərbaycan xüsusi xidmət orqanlarının təmsilçilərinin iştirakı ilə Araik Arutyunyan da bu mövzuda dindirilib. Proses Rusiya sülhməramlılarının məsuliyyət zonasında həyata keçirilib. Cani Araik Arutyunyan azərbaycanlı itkin mülkülərlə bağlı dindirilib.

Ermənistan mediası isə həmişəki kimi, murdar və yalan xislətini işə salıb. İstintaq prosedurunu "dqr prezidenti"nin Azərbaycan dövlət məmuru ilə görüşü kimi təqdim ediblər.

Musavat.com bildirir ki, bu yalanın qarşısında yaydığımız məlumat rəsmi deyil. Lakin mötəbər mənbələrdən alınıb.

AzNews.az