Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

Təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

AzNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.