- Qayıdış
- 10 İyun 2021 16:34
- 5 547
Ter-Petrosyan Serj Sarkisyanı ittiham etdi
Bu manipulyasiyadır və dərc olunanların 90% -i yalandır
“Seçki yarışı zamanı qarşılıqlı ittihamların olması iyrənc hadisədir”.
AzNews.az xəbər verir ki, bu sözləri Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan bir gün əvvəl keçmiş dövlət başçısı Serj Sarkisyanın Nikol Paşinyanın səsyazısını ictimailəşdirməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu manipulyasiyadır və dərc olunanların 90% -i yalandır.
Xatırladaq ki, Ter-Petrosyan iyunun 20-də keçiriləcək parlament seçkilərində iştirak edəcək. Onun Paşinyanla kolasiyaya gedə biləcəhyi proqnozlaşdırılır.