Ermənistan XİN-ə yeni mətbuat katibi təyin olunub

Vaqan Unanyan 2021-ci il avqustun 2-də Baş nazirin müşaviri vəzifəsindən azad olunub

Ermənistan Baş naziri müavininin keçmiş müşaviri Vaqan Unanyan Xarici İşlər Nazirliyinin mətbuat katibi təyin edilib.

Aznews.az xəbər verir ki, məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi feysbuk səhifəsində yayıb.

Qeyd edək ki, Vaqan Unanyan 2021-ci il avqustun 2-də Baş nazirin müşaviri vəzifəsindən azad olunub. Mayın 31-də isə Anna Naqdalyan Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsindən istefa vermişdi.