XİN məlumat yayıb XİN məlumat yayıb

Beynəlxalq məhkəmədə Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçirilir - YENİLƏNİB

XİN məlumat yayıb

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddia üzrə dinləmələr başlayıb.

Açıq dinləmələr 2 gün davam edəcək.

COVID-19 pandemiyası səbəbindən dinləmələr videofarmatda keçirilir.

Beynəlxalq Ədalət Məhkəməsinin bəzi hakimləri Böyük ədalət zalında keçirilən dinləmələrdə şəxsən iştirak etsələr də, bəzi üzvlər, eləcə də tərəflərin nümayəndələri də şəxsən və videoəlaqə vasitəsilə prosesə qoşulublar.

Dinləmələr davam edir.

09:35

Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddiası ilə bağlı dinləmələr keçiriləcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Dinləmə yerli saatla 12.00-da bu səhifədən canlı yayımlanacaq.