Talançılar yenə özünü həyasızlığa qoydu Talançılar yenə özünü həyasızlığa qoydu

Ağdərədə o mədənin istismarı dayandırıldı: Aksiya bəhrəsini verir

Talançılar yenə özünü həyasızlığa qoydu

Azərbaycanın Qarabağ iqtisadi zonasında yerləşən mədənlərin qanunsuz istismarı ilə məşğul olan "Base Metal" şirkəti Ağdərədə öz fəaliyyətini dayandırmaq qərarına gəlib.

AzNews.az xəbər verir ki, bu barədə Ermənistan mediası xəbər yayıb.

Yayılan məlumata görə, bu barədə Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən şirkət Xankəndidəki hərbi xunta qalıqlarına müraciət edib. Müraciətdə bildirilib ki, talançı şirkət bu addım "hökumət"in mədənlərdə beynəlxalq eksertiza aparılması üçün beynəlxalq təşkilatlara müraciətinə uyğun olaraq atır.

Xatırladaq ki, Ağdərə mədənlərinin qanunsuz istismarı və bunun nəticəsində, dövlətə, təbiətə dəyən ziyanla bağlı Azərbaycan Vətəndaş Cəmiyyətinin öncülləri günlərdir Xankəndi yolunda aksiya keçirir. Aksiya bu gün 17-ci gündür ki, fasiləsiz davam edir.

Məhz bu aksiya fonunda yayılan məlumat bir neçə sual doğurur.

Əvvəla, mədənlərin istismarının gerçəkdən dayanıb-dayanmayacağını kim və necə müəyyən edəcək?

Bu, aksiyanın dayanması üçün qəsdən ortaya atılmış dezinformasiyadırmı?

Nəhayət, "Base Metal" şirkəti və Xankəndidəki qondarma rejim hansı hüquqla Azərbaycanın əvəzinə onun torpaqlarına beynəlxalq ekspert qrupunun göndərilməsini xahiş və ya tələb edə bilər?

AzNews.az