Uşaqlarınızın aktyor olmasını istəyirsizsə...

Bakıda “Film Academy” layihəsinə start verilib.

AzNews.az-ın verdiyi məlumata görə, “Sevimli Bala” uşaq mərkəzləri şəbəkəsinin filialı “Talent Studio by” layihənin rəhbəridir.

Yeni layihə uşaqlara kino bilgilərinin aşılanmasına xidmət edəcək. 6 ay müddətində kino mütəxəssisləri uşaqları aktyor ustalığı, aparıcı, rejissor, operator, qrimçi sənəti ilə tanış edəcək, həmçinin, onları əsl natiq olmaq üçün düzgün səhnə nitqini öyrədəcəklər.

Altı aylıq kursun nəticəsi olaraq, peşəkar münsiflər heyəti qalibi seçəcək.

Qalib Çexiyada yerləşən kino düşürgəsinə səfər qazanacaq! Düşərgə Karlovı Varada təşkil olunan Beynəlxalq Kinofestival zamanı keçiriləcək və xüsusi ekskursiyalarda və müxtəlif tədbirlədə iştirak etmək, həmçinin, Çexiyanın Hollivudu sayılan məşhur “Barrandov Studios” studiyasını ziyarət etmək imkanı yaradır.

“Film Academy”nin proqramına aktyorluq dərsləri, ritorika, ekskursiyalar və xüsusi qonaqlar tərəfindən master-klasslar daxildir.

Layihədə iştirak yaşı 9-13 arasıdır.

Qeyd edək ki, layihənin baş sponsoru “CinemaPlus” kinoteatrlar şəbəkəsi, sponsoru isə “Harmits Studio”dur.

AzNews.az

https://www.youtube.com/watch?time_continue=10&v=u612oayOtyM