Elçin Hüseynbəyli Qarabağ hekayələrini kitab elədi

“Gözünə gün düşür”

Yazıçı Elçin Hüseynbəylinin “Qarabağ hekayələri” silsiləsindən növbəti kitabı işıq üzü görüb.

AzNews.azın məlumatına görə “Gözünə gün düşür” adlanan kitab “Yeni poliqrafist” nəşriyyatında işıq üzü görüb.

Kitaba müəllifin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən 16 hekayəsi, bir povesti və bir pyesi daxil edilib. 333 səhifəlik kitabın rəssamı Həsənağa Ədalət, redaktoru Dürdanə İbrahimova-Hüseynbəylidir.

“Gözünə gün düşür”ün geniş təqdimatı oktyabrın sonları, noyabrın əvvəllərinə planlaşdırılır. Kitab nəşriyyat və müəllif tərəfindən oxuculara hədiyyə ediləcək.

Qeyd edək ki, daim Qarabağ mövzusuna müraciət edən müəllifin ilk hekayəsi “Küləkli çöl” adlanır və 1989-cu ildə qələmə alınıb. Hekayə 1991-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çap olunub.

AzNews.az