AMEA-da Məmməd Arazın 85 illik yubileyi ilə bağlı sərgi təşkil edilib. AMEA-da Məmməd Arazın 85 illik yubileyi ilə bağlı sərgi təşkil edilib.

Məmməd Araz - 85 - AMEA-da sərgi

AMEA-da Məmməd Arazın 85 illik yubileyi ilə bağlı sərgi təşkil edilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycanın xalq şairi, tərcüməçi, publisist, Dövlət mükafatı laureatı Məmməd Arazın 85 illik yubileyi ilə bağlı sərgi təşkil edilib.

Bu barədə AzNews.az-a AMEA Mərkəzi Elmi Kitabxananın Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sərgidə şairin kitabxana fondlarında saxlanılan seçilmiş əsərləri - “Daş harayı”, “Atamın kitabı”, “Qayalara yazılan səs”, “Oxucuya məktub”, “Aylarım illərim”, “Həyatın və sözün rəngləri”, “Qanadlı qayalar”, “Dünya sənin, dünya mənim”, “Ocaq başında”, o cümlədən şairə həsr olunmuş “Məmməd Araz dünyası” (Vaqif Yusifli), “Məmməd Araz”, “Xalq şairi Məmməd Araz” (İsa Həbibbəyli), “Məmməd Araz” (Eyvaz Eminalıyev), “Bu da belə bir ömürdü...” və digər kitablar nümayiş olunur.

Sərgidə nümayiş etdirilən kitablar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş (MRY) üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması" adlı layihə çərçivəsində MEK-in elektron kataloqunda yerləşdirilib. Sərgi oktyabr ayının 20-dək davam edəcək.

Qeyd edək ki, Xalq şairi Məmməd Araz 1933-cü ildə Şahbuz rayonunun Nursu kəndində doğulub. Ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. 1952-ci ildə "Yanın, işıqlarım" şeiri çap edilib. Sonrakı vaxtlarda "Ulduz" jurnalının məsul katibi vəzifəsində çalışıb, "Ədəbiyyat və incəsənət" qəzetində, eləcə də Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub. Ədəbiyyata, poeziyaya bağlı olan şair uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə də rəhbərlik edib. O, 2004-cü ilin dekabrın 1-də Bakıda vəfat edib.


AzNews.az

image description image description image description