Banskinin doğranmış əsəri - 1.4 milyon dollara

Sotheby's hərrac evi Banksinin yararsız hala salınmış əsərini satmağın yolunu tapıb.

AzNews.azın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, mütəxəssilər daha çox əsərin bir “ani yaranmış incəsənət” şedevri olmasına diqqət etməyi məsləhət görüblər.

Qraffitiyə yeni ad da verilib – “Zibil qutusundakı məhəbbət”. Əsəri “Şar tutan qız” işini almağı planlaşdıran eyni adam əldə edib. O, 1.4 milyon dollar ödəyib.

Xatırladaq ki, məşhur qraffti ustası Benksinin “Şar tutan qız” əsəri satıldıqdan dərhal sonra öz-özünəyararsız hala salınmışdı.

Bir qədər sonra isə rəssam İnstagram səhifəsində çərçivəyə kağızdoğrayan cihaz yerləşdirməsini göstərən video paylaşmışdı.

AzNews.az