- Mədəni adam
- 16 Oktyabr 2018 13:30
- 2 591
Azərbaycan hekayələri Frankfurt sərgisində təqdim edildi
Frankfurt beynəlxalq kitab sərgisində Azərbaycan hekayələrindən ibarət kitab təqdim edilib.
AzNews.az məlumatına görə “Sirr” adlanan kitab Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində ərsəyə gəlib.
2018-ci ildə Berlində işıq üzü görmüş kitabda müasir Azərbaycan ədəbiyyatının Cəlil Məmmədquluzadə, Mir Cəlal, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Kamal Abdulla, Etimad Başkeçid, Orxan Fikrətoğlu kimi tanınmış simalarının hekayələri toplanıb.
Hekayələri alman dilinə alman və avstriyalı tərcüməçilər – Luts Engel, Helqa Pabl, Sena Doqan, Hilda Tanik, Marion Kubin-Semyonova, Valtraut və Volfram Şröderlər çevirib.
AzNews.az