- Mədəni adam
- 16 Oktyabr 2018 19:06
- 1 752
Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adı verildi
O, teatr sənətinin inkişafında xidmətlərinə görə bu ada layiq görülüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Xəzər Novruz oğlu Gəncəliyə “Əməkdar artist” fəxri adı verilsin".