Sərgi “18 oktyabr - Dövlət Müstəqilliyi Günüdür” adlanır Sərgi “18 oktyabr - Dövlət Müstəqilliyi Günüdür” adlanır

Milli Kitabxanada Müstəqillik günü ilə bağlı sərgi açılıb

Sərgi “18 oktyabr - Dövlət Müstəqilliyi Günüdür” adlanır

Oktyabrın 17-də Milli Kitabxanada “18 oktyabr - Dövlət Müstəqilliyi Günüdür” adlı geniş kitab sərgisinin açılışı olub.

Sərgini M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova açıb. AzNews.az xəbər verir ki, Ədibə İsmyılova iştirakçılara Azərbaycanın dövlət müstəqilliyi haqqında danışıb, 70 il sonra 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Konstitusiya Aktı”nın qəbul olunduğunu bildiribvə bu mühüm tarixi sənədlə xalqımızın ikinci dəfə müstəqillik qazandığını söyləyib. O bildirib ki, Azərbaycan Milli Kitabxanası hər il dövlət müstəqilliyi günü ilə bağlı mütəmadi olaraq bir sıra kütləvi tədbirlər, eləcə də geniş kitab sərgisi vasitəsilə oxucuları məlumatlandırır.

Qeyd edək ki, sərgidə Azərbaycanın dövlət müstəqilliyindən bəhs edən 300-ə yaxın Azərbaycan, rus, ingilis və digər dillərdə nəşr olunmuş kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Sonda iştirakçılar sərgi ilə tanış olublar.

Səidə Nurməmmədli,

AzNews.az