- Mədəni adam
- 18 Oktyabr 2018 18:26
- 3 067
Bakıda ilk dəfə olaraq bu mövzuda layihə həyata keçirildi

Sentyabr ayı ərzində Bakıda “Müasir geyim kolleksiyalarında Azərbaycan milli ornamentlərinin əksi məqsədilə təlimlərin təşkili” layihəsi başa çatıb.
AzNews.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ilin 1-ci qrant müsabiqəsi çərçivəsində qrant qalibi olan Gənclər Turizmi İctimai Birliyi tərəfindən reallaşdırılıb.
Layihənin əsas mahiyyəti müasir geyim kolleksiyalarında Azərbaycan milli ornamentləri boyalarla əks edərək gənclərin öz milli köklərinə marağının artırılmasına dəstək olmaqdır.
Bundan əlavə əsas məqsəd modelyerliyə həvəsi olan potensiallı gəncləri bir yerə toplayaraq onların ideyaların həyata keçirilməsində onlara dəstək olmaq, ideyalarını həyata keçirməyə kömək etməkdir.
Layihə çərçivəsində potensiallı 20 gənc seçilərək professional dizayner-modelyerlər tərəfindən xalq yaradıcılığı, etnoqrafiya, tarix və bədii xüsusiyyətlərin, milli və mədəni ornamentlərin müasir geyimlərə köçürülmə qaydaları barədə məlumatlandırılıblar.
Layihə çəçivəsində gənclər prakiti təlimlərdə iştirak edərək geyim üzərində rəsmin yaradılma qaydaları ilə yaxından tanış olublar.
Layihənin təlimləri 10-17 sentyabr 2018-ci il tarixlərində həyata keçirilib.
Təlimlər aşağıda adları qeyd olunan tanınmış və peşəkar rəssam və dizaynerlər, incənət işçiləri tərəfindən keçirilib.
Lalə Ağayeva - Azərbaycan Rəssamlar İttifaqının üzvü, LACO by Lala Aqaeva collection brendinin təsisçisi, rəssam-dizayner;
Səbirə Qarayeva - Azərbaycan Rəssamlar İttifaqının üzvü, qobelen və qurama sənət ustası;
Vəfa Rüstəm Yüzbaşı – Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam-müəllim;
Ülkər Məmmədova – Fəlsəfə elmləri doktoru namizədi, şəbəkəşünas, memar-dizayner;
Afaq Kərimova - Xalça rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Xəzər Universitetinin müəllimi, Universitet nəzdində Xalça Muzeyinin və Təsviri Sənət Muzeyinin direktoru;
Laləndar Novruzova – İncəsənət Gimnaziyasının müəllimi, "Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək" İctimai Birliyinin sədri;
Ruslan Hüseynov və Fuad Cəbrayılov - FR collection brendinin təsisçiləri, Azərbaycan Xalq Sənət nümunələri kolleksionerləri və dizaynerləri, qələmkarlıq sənətinin davamçıları.
Təlim proqramlarının sonunda iştirakçılara sertifikat təqdim olunmuş və layihənin davamlılığını təmin etmək məqsədilə digər dizaynerlər tərəfindən bu mövzuda təlimlərin təşkil edilməsi haqqında razılıq əldə olunub.
© AzNews.az





