- Mədəni adam
- 19 Oktyabr 2018 11:19
- 8 560
Əməkdar artist tamaşa zamanı zədələnib - Bakıda
Əməkdar artist Münəvvər Əliyeva tamaşa zamanı gözündən zədə alıb.
Bu barədə AzNews.aza məlumat verən aktrisa bildirib ki, hadisə Mikayıl Müşfiqin yubileyinə həsr olunmuş “Ah, bu uzun sevda yolu” tamaşası zamanı olub.
“İkinci hissənin ortalarında qəhrəmanımın havalandığı bir səhnə var. O səhnəyə çatanda hiss elədim ki, artıq sağ gözüm görmür. Bilmirəm ağlamaqdan oldu, yoxsa, gözüm kosmetika və ya kirpik düşdü, ancaq tamaşanın axırına qədər görmədim. Mənim sol gözüm də 30 faiz görür. Ona görə də demək olar tamaşanın axırına qədər heç nə görmədən oynadım. Təbii ki, bunu tamaşaçıya hiss etdirməməyə çalışdım”, – aktrisa deyib.
Tamaşadan sonra təcili yardım çağırılıb. Xəstəxanaya yerləşdirilən Münəvvər Əliyeva həkim müdaxiləsindən sonra evə buraxılıb: “Müalicəmi evdə davam etdirdim, mənə görə teatrda növbəti tamaşa təxirə salındı”.
Hazırda səhhətinin qaydasında olduğunu söyləyən aktrisa yaxın aylarda əməliyyat olacağını söyləyib: “İki ildir ki, gözümdə katarakta var. Tamaşalarımın azalmağını gözləyirəm, yaxın aylarda əməliyyat olunacam”.
Mirmehdi,
AzNews.az