İsveçin Malmö şəhərində klassik musiqi konserti zamanı dava düşüb. İsveçin Malmö şəhərində klassik musiqi konserti zamanı dava düşüb.

Klassik musiqi konsertində dava düşdü

İsveçin Malmö şəhərində klassik musiqi konserti zamanı dava düşüb.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dava bir qadınla kişi tamaşaçı arasında yaranıb.

Hadisə məşhur latviyalı dirijor Andris Nelsonsun rəhbərliyi etdiyi Leipzig Gewandhaus Orkestrının konserti zamanı baş verib. Konsertdə Mahlerin 5-ci Simfoniyası ifa edilirmiş.

Konserti izləyən kişilərdən biri yanında əyləşmiş qadının əlindən xışıldatdığı saqqız kağızını hirslə alır. Konsert bitəndən sonra isə qadın saqqız kağızını əlindən alan kişiyə şillə vurur, onlar yumruq davasına başlayırlar. Qadının yanındakı adam da davaya qoşulur. Konserti unudan tamaşaçılar dava edənləri sakitləşdirməyə çalışırlar.

Konsertdən sonra salonun ictimaiyyətlə əlaqələr müdiri Anna-Maria Havskogen açıqlama verərək bildirib ki, xokkey və ya futbol maçına pivə və ya qəhvə ilə getməyin heç bir problemi olmaz, amma dünya üzrə nadir akustikaya malik bir konsert salonuna xışıldayan kağız gətirmək doğru deyil.

AzNews.az