Filmin təqdimatı olacaq Filmin təqdimatı olacaq

YARAT-da “İlahi düzən”

Filmin təqdimatı olacaq

Oktyabrın 25-də YARAT Film Klub çərçivəsində “İlahi düzən” filminin təqdimatı keçiriləcək.

AzNews.az xəbər verir ki, YARAT Müasir İncəsənət Məkanı təqdimatı İsveçrənin Azərbaycandakı Səfirliyi ilə birgə keçirir.

“İlahi düzən” 2017-ci ildə istehsal olunmuş komediya-dram filmidir və Tribeka Film Festivalında ən yaxşı bədii film kimi “Tamaşaçı rəğbəti” mükafatını qazanıb.

Petra Volpedirtin rejissoru olduğu filmin süjeti 1970-ci ildə İsveçrədə cərəyan edir. Ekran əsəri evdar qadın Noranın yaşadığı kiçik qəsəbədə dəyişikliklər edən xanıma çevrilməsindən bəhs edir. Maneələrə baxmayaraq Nora status-kvonu, o dövrün köhnəlmiş baxışları ilə birlikdə aradan qaldıraraq qəhrəmana çevrilir.

“İlahi düzən” İsveçrə almancasında, ingilis dilində subtitrlərlə nümayiş olunacaq.

Film 19:30-da nümayiş olunacaq. Giriş sərbəstdir.

AzNews.az