Ernest Heminqueyin əvvəllər heç yerdə dərc edilməmiş iki hekayəsi çıxacaq. Ernest Heminqueyin əvvəllər heç yerdə dərc edilməmiş iki hekayəsi çıxacaq.

Heminqueyin iki naməlum hekayəsi çap olunacaq

Ernest Heminqueyin əvvəllər heç yerdə dərc edilməmiş iki hekayəsi çıxacaq.

AzNew.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə yazıçının ədəbi irsinin sərəncamçısı Maykl Katakis məlumat yayıb.

Onun sözlərinə görə, 1950-ci illərdə yazılmış The Monument ("Monument") və Indian Country and the White Army ("Hindlilərin ölkəsi və ağların ordusu") hekayələri “Əcəl zəngi” romanının nəşr edildiyi növbəti kitaba əlavə ediləcək. Bundan başqa, yeni nəşrə ilk dəfə avqust ayında Strand Magazine jurnalında dərc edilmiş A Room on the Garden Side ("Bağ mənzərəli otaq") hekayəsi də salınacaq.

İkinci Dünya müharibəsində müxbir kimi fəaliyyət göstərən Heminqeuy 1956-cı ildə müharibə təcrübəsindən bəhs edən beş hekayə yazıb. Deyilənə görə, o, Çarlz Skriber adlı naşirindən bu hekayələri ölümündən sonra çap etməyi xahiş edib.

AzNew.az