Gilyermo del Toro “Pinokkio” adlı animasiya müziklinə rejissorluq edəcək. Gilyermo del Toro “Pinokkio” adlı animasiya müziklinə rejissorluq edəcək.

Del Toro “Pinokkio” animasiya dilmini çəkir

Gilyermo del Toro “Pinokkio” adlı animasiya müziklinə rejissorluq edəcək.

AzNews.azın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, o filmi Netflix üçün çəkir.

Rejissor bildirib ki, incəsənətin heç bir növü animasiya qədər ona təsir etməyib. Cizgi filmi qəhrəmanları arasında ən sevimli personajı isə “Pinokkio”dur. O, bütün ömrü boyu bu filmi çəkmək istəyib.

Rejissor artıq müziklin istehsalı üçün komanda toplayıb, çəkilişlər bu ilin payızında başlaılacaq.

Cizfi filminin digər rejissoru isə Mark Qustafson, ssenaristi Patrik Makheyldir.

Qeyd edək ki, meksikalı rejissor Gilyermio del Toro martın əvvəlində Amerika Kinoakademiyasının “Oskar” mükafatına layiq görülüb. Rejissorun çəkdiyi “Suyun forması” filmi “İlin ən yaxşı filmi” nominasiyasında qalib seçilib.

AzNews.az