“Yoxsa” 21 ekspress sual layihəsində rejissor Ər-Toğrul Kamalovdur: “Yoxsa” 21 ekspress sual layihəsində rejissor Ər-Toğrul Kamalovdur:

Ər-Toğrul Kamalov, “Yoxsa”…

“Yoxsa” 21 ekspress sual layihəsində rejissor Ər-Toğrul Kamalovdur:

1. Şərq, yoxsa Qərb? – Şərq, çünki, özünü qərb kimi aparır.

2. Teatr, yoxsa kino? – Teatr, çünki, kino montaj olunur.

3. "Control", yoxsa "delete"? – Control, alt, delete – çünki, yenilənmək lazımdır.

4. Prodüser, yoxsa rejissor? – Prodüser, o vaxta qədərki, rejissorluqdan alacağım maliyyə ilə ailəmi saxlaya biləcəm.

5. Şou, yoxsa biznes? – Biznes, çünki, şou istəsən də, istəməsəndə tv-lərimiz yaradacaq!!! (gülür)

6. Komediya, yoxsa tragediya? – Tragediya, çünki, komediya tragik situasiyalarda yarananda daha maraqlı olur.

7. Materializm, yoxsa idealizm? – Materializm, idealizm mənlik döyül qərdeşim.

8. Aktyor, yoxsa rejissor? – Rejissor, prodüserdən az, aktyordan çox maaş alır deyə.

9. Forma, yoxsa məzmun? – Ooooo.. Forma – çünki, banisi mənəm!!!

10. Ölülər, yoxsa dirilər? – Dirilər, ölülər enerjisizdir!

11. Keçmişdən zəng, yoxsa qaibdən dürlü xəbər? – Keçmişdən zəng, orda qaibdən dürlü xəbər verirdilər.

12. Tənqid, yoxsa təbliğ? – Tənqid, əgər mədəni çərçivəni aşmayacaqsa.

13. Oyun, yoxsa ayin? – Oyun, çünki, ayin yaxşı olsaydı uşaqlar oynamazdılar.14. Hoqqu, yoxsa hoqqa? – Hoqqu, hoqqa cahil işidir.

15. Əl-Qəzəli, yoxsa Əl-Fərabi? – Əl-Fərabi, Əl-Qəzəli olmayan dünyada.

16. Mirzə Cəlil, yoxsa Qoqol? – Mirzə Cəlil, mənimdir axı, onunla kongenialıq.

17. Rassel Krou, yoxsa Rasim Balayev? – Rasim Balayev, Rassel Krounun xasiyyətin bilmirəm, amma Rasim müəllim yaxşı insandır.

18. Akira Kurosava, yoxsa Vaqif Mustafayev? – Vaqif Mustafayev dilindən Akira Kurosava, danışa onun haqqında qulaq asasan.

19. Ramiz Rövşən, yoxsa Füzuli? – Ramiz Rövşən, Füzuli qəlizdir. Anlamıram.

20. Dəmir Qapı Dərbənd, yoxsa Badi-Kubə? – Badi-Kubə!!! Dəmir Qapılar cansıxıcıdır.

21. V.İbrahimoğlu, yoxsa Stanislavski? – Vaqif İbrahimoğlu – Stanislavskiyə Allah rəhmət eləsin!!! (teatro.az)

© AzNews.az

image description image description