“Ninnə yarım” mahnısının ermənilərlə, erməni mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur” “Ninnə yarım” mahnısının ermənilərlə, erməni mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur”

Qiymət Məhərrəmli erməni müğəninin “Ninnə yarım” iddiasını gözündə qoydu

“Ninnə yarım” mahnısının ermənilərlə, erməni mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur”

Spitaklı Hayko kimi tanınan erməni müğənnisinin Kərkük türkmanlarına məxsus “Ninnə yarım” mahnısı toylarda, şənliklərdə erməni mahnısı kimi qələmə verməsi etirazla qarşılanır.

“Ninnə yarım” (“Evlərinin önü yonca”) Kərkük türkmanlarının yaratdığı xalq mahnısıdır. 1961-ci ildə Azərabaycan Radiosunun ərəb şöbəsinin əməkdaşı Sinan Səid və Azərbaycanın tanınmış müğənnisi Nərminə Məmmədovanın ifasında lentə alınan “Ninnə yarım” mahnısına ermənilər əl uzadıb. Artıq bir sıra internet kanallarında bu qədim türk xalq mahnısı “erməni mahnısı” kimi təqdim edilir. “Yotube” kanalında spitaklı Hayko kimi tanınan erməni müğənnisinin “Ninnə yarım”ı toylarda, şənliklərdə erməni mahnısı kimi oxumasının videoları, görüntüləri yerləşdirilib.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, araşdırmaçı Qiymət Məhərrəmli erməni müğənnisinin plagiatlığını böyük narazılıqla qarşılayıb. Q.Məhərrəmli bildirib ki, ermənilər ilk dəfə deyil türk xalqına məxsus olan xalq mahnılarını mənimsəyir. Alimin sözlərinə görə, bütün dünyanın bu mahnını Kərkük türkmanlarına aid mahnı kimi tanıdığı, qəbul etdiyi bir dövrdə ermənilərin bu iddiası tamamilə əsassızdır. ”Ermənilər belə əməllərlə tamamilə özlərini ifşa edirlər. Onlar elə mahnıları, elə dəyərləri mənimsəyirlər ki, adam təəccüblənir. “Ninnə yarım” mahnısının ermənilərlə, erməni mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur. Onlar indiyə qədər mahnılarımıza qarşı təcavüzlər həyata keçiriblər. Lakin beynəlxalq mədəniyyət qurumları ermənilərin belə saxtakarlığına qarşı heç bir addım atmaq istəmir. Ermənilər oğru toplumdur. Düzdür, onların “Ninnə yarım”ı da mənimsəməyə cəhd etməsi təəccüblü görünmür. Onların özlərinin heç nəyi yoxdur. Amma adamı incidən bir sıra məqamlar var. Beynəlxalq qurumlar ermənilərin bizim mədəniyyətimizə, türk xalqının ədəbi, bədii, mədəni sərvətlərinə qarşı iddialar irəli sürməsinə qarşı tədbirlər görməlidir. Bu həm bizim, həm də digər xalqlar üçün vacibdir. Ermənilər bütün xalqların mədəniyyətinə qarşı iddialar irəli sürürlər”- deyə bildirən Q.Məhərrəmli onu da vurğuladı ki, Kərkük türkmanlarının “Ninnə yarım” mahnısı türkmanların ana dilinin, folklorunun, mədəni dəyərlərinin bir abidəsidir. (“Bakı-Xəbər”)

© AzNews.az