“Rubi və qızıl kanyon”un Azərbaycan dilində nümayişi başladı

“CinemaPlus” kinoteatrlar şəbəkəsi bu gündən “Rubi və qızıl kanyon” animasiya filminin nümayişlərinə başlayıb.

AzNews.azın məlumatına görə Çin istehsalı olan animasiya filmi 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilinə dublyaj edilib.

Dublyajın redaktoru Vüqar Hüseynov, rejissoru Rövşən Məmmədli, səs operatoru Vüsal Abdulhəsənov, səs rejissoru Orxan Ağalarov, post-prodakşnı Rüfət Kərimzadə, icraçı prodüserü Emil Davudzadə, baş prodüseri Cəfər Axundzadədir.

Animasiya filmini səsləndiriblər: Əlixan Rəcəbov, Nəzakət Məmmədli, Zemfira Abdulsəmədova, Rəhim Rəhimov, Vüsal Xaliqoğlu, Rövşən Məmmədli, Elman Rəfiyev, Müşfiq Mirzəzadə, Vüsal Mustafayev, Vagif Aslanov, Vüsal Hacıqədir və Vüqar Hüseynov.

https://www.youtube.com/watch?time_continue=3&v=LkQg6JfrGdA

AzNews.az