Məşhur rus yazıçı vəfat etdi

Ötən əsrin altmışıncı illərinin məşhur yazıçısı Anatoli Qladilin 83 yaşında vəfat edib.

AzNew.azın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 1976-cı ildən Fransada yaşayan yazıçı Parisdə dünyasını dəyişib.

Anatoli Qladilin 1935-cü ildə Moskvada anadan olub. “Viktor Podqurski dövrünün xronikası” adlı povestini 20 yaşında ikən yazıb.

1976-cı ildə isə ailəsi ilə birgə Fransaya köçüb.

“Lotular, Parisə xoş gəlmisiz!”, “Generallar küçəsi”, “Paris yarmarkası” ən məşhur əsərləridir.

AzNews.az