- Mədəni adam
- 25 Oktyabr 2018 12:31
- 2 605
“Əlaqədar qurumlar məşğul olur” - Mədəniyyət Nazirliyindən “Mikayıl Müşfiq” açıqlaması
“Bununla bağlı müvafiq tapşırıqlar verilib”.
Bunu AzNews.az-a Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.
O bildirib ki, əlaqədar qurumlar hazırda bu məsələ ilə məşğuldur: “Əlavə hər hansı bir yenilik olarsa, ictimaiyyətə və mətbuata məlumat veriləcək”.
Xatıladaq ki, Rusiyada yaşayan milyarder Fərhad Əhmədov mətbuata açıqlmasında 1970-ci illərdə güllənmiş atasının nəşinin qalıqlarını axtararkən Mikayıl Müşfiqin Qobustan rayonu, Puta qəsəbəsində basdırıldığını öyrəndiyini bildirib. Bu haqda Mədəniyyət Nazirliyinin rəhbərliyinə məlumat verib.
Mirmehdi,
AzNews.az