- Mədəni adam
- 25 Oktyabr 2018 12:53
- 3 471
Milli Kitabxanada virtual telekonfrans keçiriləcək
Azərbaycan-Rusiya: Ümumi tarixin səhifələri” mövzusunda kitab kolleksiyası hazırlanıb
Milli Kitabxanada “Azərbaycan-Rusiya: Ümumi tarixin səhifələri” mövzusunda hazırlanmış kitab kolleksiyasının təqdimatına həsr olunmuş virtual telekonfrans keçiriləcək.
Azərbaycan Milli Kitabxanasından AzNews.az-a bildirilib, 25-26 oktyabr 2018-ci il tarixində Bakıda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində Rusiya Federasiyasının Sankt-Peterburqdakı B.Yeltsin adına Prezident Kitabxanası, Azərbaycan Milli Kitabxanası və Azərbaycanın Prezident Kitabxanası birlikdə “Azərbaycan-Rusiya: Ümumi tarixin səhifələri” mövzusunda hazırlanmış kitab kolleksiyasının təqdimatına həsr olunmuş virtual telekonfrans keçirəcək.
Tədbirdə hər üç kitabxananın mütəxəssisləri mövzu üzrə fondlarında olan nadir kitabları əhatə edən elektron məlumat bazası haqqında danışacaqlar.
Səidə Nurməmmədli,
AzNews.az