- Mədəni adam
- 2 Noyabr 2018 12:40
- 3 336
Bakıda “Əsli və Kərəm” sərgisi keçiriləcək
Performans çatlayan ailə təsvirini və məişət zorakılığından əziyyət çəkən qurbanları əks etdirir
Noyabrın 9-u, saat 19:00-da gənc rəssamlar Vüsal Rəhim və Günel Ravilovanın “Əsli və Kərəm ev N 9” adlı duet sərgisi keçiriləcək.
AzNews.azın məlumata görə sərgidə hər iki rəssam müxtəlif dövrlərdə çəkdikləri eskiz və artbuklar, həmçinin “Əsli və Kərəm” adlı yeni performanslarını sərgiləyəcəklər. Performans adını Azərbaycan məhəbbət dastanlarından olan “Əsli və Kərəm”dən alır. Lakin performans adından fərqli olaraq gözəl sevgidən yox, çatlayan ailə təsvirini və yüzlərlə məişət zorakılığından əziyyət çəkən qurbanları əks etdirir.
Sərgi 11 noyabra qədər 27qm - Tarana's Small Gallery and Café-də (İçərişəhər, Vəli Məmmədov 11, mənzil 9) keçiriləcək.