- Mədəni adam
- 8 Noyabr 2018 09:06
- 2 438
Tahir Əmiraslanov: “Bilmirəm babayam, yoxsa uşaq”
“Tahir Əmiraslanov 12x5=?” kitabı təqdim olunub
Noyabrın 7-də “Muğam ocağı” restoranında “Tahir Əmiraslanov 12x5=?” kitabının təqdimat mərasimi keçirilib.
AzNews.az-ın məlumatına görə, kitab Əməkdar mədəniyyət işçisi, Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanova həsr olunub.
Bu il 60 illiyini qeyd edən Tahir Əmiraslanov çıxış edərək gələnləri salamlayıb, daha sonra kitabın adının mənasını açıqlayıb: “Anam hər dəfə məni görəndə deyir ki, balam sınıxıb, məni hələ də uşaq görür, nəvələrim isə baba deyirlər. Ona görə, mən hələ bilmirəm babayam, yoxsa uşaq. Bu səbəbdən də kitabın adını 12x5=? qoymuşam”.
Bu il bir neçə dostunun da yubileylərinin keçirildiyini deyən baş kulinar onlara hədiyyələr təqdim edib.
Daha sonra yubilyarın sənət dostları çıxış edərək onun haqqında xoş sözlərini bildiriblər.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, birinci cildi işıq üzü görən kitabda Tahir Əmiraslanovla bağlı xatirələr və təbriklər yer alıb. Toplanan xatirələr 4 dildə (ingilis, rus, türk və Azərbaycan dillərində) verilib. İngilis dilində olan xatirələr Azərbaycan dilinə tərcümə olunaraq əlavə olunub.
AzNews.az