5 türk filmi beş gün ərzində 9 dəfə izləyicilərə pulsuz təqdim olunacaq 5 türk filmi beş gün ərzində 9 dəfə izləyicilərə pulsuz təqdim olunacaq

Bakıda türk filmləri həftəsi başlayır

5 türk filmi beş gün ərzində 9 dəfə izləyicilərə pulsuz təqdim olunacaq

Noyabrın 23-dən 27-dək Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin layihəsi əsasında Bakıda IV Türk film həftəsi keçiriləcək.

Layihənin Bakı koordinatoru Şəhla Aslanın AzNews.az-a verdiyi məlumata görə, layihə çərçivəsində 5 türk filmi beş gün ərzində 9 dəfə izləyicilərə pulsuz təqdim olunacaq.

Filmlərin nümayişindən sonra türkiyəli rejissorlarla, filmdə rol almış aktyorlarla izləyicilərin görüşü təşkil olunacaq.

Qeyd edək ki, film həftəsinin ilk günü - noyabrın 23-ü, saat 20:00-da Nizami Kino Mərkəzində "Güllər" filminin qala-gecəsi reallaşacaq.

AzNews.az