- Mədəni adam
- 23 Noyabr 2018 15:38
- 3 781
Tərcümə Mərkəzi seçim turlarını davam etdirir
Sənədlər 2019-cu ilin fevralın 28-dək qəbul olunacaq
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dil və tərcümə işinin təkmilləşdirilməsi, ölkədə fəaliyyət göstərən peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi və sertifikatlaşdırılması üzrə 2019-cu ilin I Seçim Turu davam edir.
AzNews.az xəbər verir ki, seçimdə iştirak üçün aşağıda qeyd olunan sənədlər Mərkəzin [email protected] ünvanına göndərilməli, yaxud kağız formatında Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi 74 ünvanına təqdim edilməlidir.
Qeydiyyat üçün tələb olunan sənədlər:
1. Şəxsiyyət vəsiqəsinin surəti
2. CV
Qeyd: Mərkəzin elektron poçtuna göndərilən sənədlərin “mövzu” bölümündə namizədlərin hansı dil və tərcümə sahəsi üzrə ixtisaslaşdığı qeyd edilməlidir.
Sənədlərin qəbulu 2019-cu il 28 fevral tarixinə qədər davam edəcək.
Əlaqə telefonları: (+994 12) 595-10-69 (daxili nömrə 115)
AzNews.az