- Mədəni adam
- 26 Noyabr 2018 11:28
- 3 533
Məşhur rejissor vəfat etdi
Məşhur Britaniya rejissoru, ssenaristi və aktyoru Nikolas Rouq vəfat edib.
AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 90 yaşlı rejissor cümə gününə keçən gecə dünyasını dəyişib.
Kinematoqraf karyerasına Devid Linin “Ərəbistanlı Lourens”, Fransua Trüffonun “451 dərəcə Frenheytlə” filmlərinin operatoru kimi başlayan Rouq sonradan rejissor kimi “Təqdimat” filmini çəkib.
Filmdə baş rolu məşhur rokçu Mik Caqqer oynayıb.
Roulun karyerasının zirvəsi 1973-cü ildə lentə aldığı “İndi isə baxma” filmidir.
AzNews.az